Yuxarı

Prokuror vəzifəli şəxsi şantaj edən dəstə üzvlərinə cəza istəyib

​Prokuror vəzifəli şəxsi şantaj edən dəstə üzvlərinə cəza istədi

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda və hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən dəstə üzvlərinin məhkəmə prosesi davam edib.

"Report" xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib.

Dövlət ittihamçısı çıxışında Elşən Cabbarovun 12 il, Təbriz Əsədov və Məmməd Cəfərovun hər birinin 11 il, Şüşəxanım Ədirova və Elza Bünyatovanın isə hər birinin 5 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.

Qeyd edək ki, ötən ilin oktyabrında həbs edilən Elşən Cabbarov Baş Mil-Muğan Kollektoru İstismarı İdarəsinin rəisi Bulat Ağabəyovu intim görüntüləri ilə şantaj edərək külli miqdarda pul tələb etməkdə ittiham olunur. İttihama görə, Elşən Cabbarov digərləri ilə əlbir olaraq Bulat Ağabəyovu şantaj edərək ondan hər ay 7 min manat pul alıb. Bundan başqa, Elşən Cabbarov Salyan rayonu, Bəydili kənd sakini Vüqar Gülüşova qarşı da 220 min manata yaxın dələduzluq etməkdə təqsirli bilinib.

İstintaq orqanı tərəfindən Elşən Cabbarova Cinayət Məcəlləsinin 178-ci (dələduzluq), 182.2.2-ci (təkrar hədə-qorxu yolu ilə tələb etmə) və 182.2.4-cü (xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə) maddələri ilə ittiham elan edilib.

Cinayət işi üzrə 6 nəfər zərərçəkən şəxs qismində tanınıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi