Prokuror turizm şirkətlərinin nümayəndələrinə qarşı dələduzluq edən ər-arvada cəza istəyib

Prokuror turizm şirkətlərinin nümayəndələrinə qarşı dələduzluq edən ər-arvada cəza istəyib Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Ellada Babayeva və onun həyat yoldaşı Emil Babayevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hadisə
8 May , 2019 12:07
Prokuror turizm şirkətlərinin nümayəndələrinə qarşı dələduzluq edən ər-arvada cəza istəyib
Report

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Ellada Babayeva və onun həyat yoldaşı Emil Babayevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının başa çatdığı elan olunub.

Prokuror çıxışında E.Babayevin 9 il və E.Babayevanın isə 7 il 6 ay azadlıqdan məhrum edilməsini istəyib.

Həmçinin dövlət ittihamçısı təklif edib ki, onların 2013 və 2015-ci il təvəllüdlü iki azyaşlı övladının olması, həmçinin E.Babayevanın hamilə olması yüngülləşdirici hal kimi nəzərə alınsın. Uşaqlar hər iki valideynin qayğısından məhrum olmasın deyə, E.Babayevanın cəzası 2015-ci il təvəllüdlü qızı 14 yaşına çatana qədər təxirə salınsın.

Daha sonra zərərçəkmişlər çıxış ediblər. Həmin şəxslər onlara dəymiş ziyanın ödənilməsini, hər ikisinə də eyni cəzanın verilməsini tələb ediblər.

İttiham aktına əsasən, ər-arvad olan E.Babayevlə E.Babayeva bir neçə şəxsə qarşı külli miqdarda dələduzluq ediblər. Zərərçəkmişlər turizm şirkətlərinin nümayəndələridir. E.Babayeva və E.babayev onlardan iş görmək, tur paketləri təşkil etmək adı ilə müxtəlif məbləğlərdə pul və təyyarə biletləri alıblar. Lakin sonradan ödənişlər geri qaytarılmayıb.

Son xəbərlər

Orphus sistemi