Prokuror tanışının bağ evini və mənzilini ələ keçirən şəxsə cəza istəyib

Prokuror tanışının bağ evini və mənzilini ələ keçirən şəxsə cəza istəyib Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Mahir Niftəliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Hadisə
18 İyul , 2019 12:30
Prokuror tanışının bağ evini və mənzilini ələ keçirən şəxsə cəza istəyib

Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Mahir Niftəliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

"Report"un xəbərinə görə, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edərək təqsirləndirilən şəxsin 8 il 6 ay müddətinə azadlıqdan məhrum olunmasını təklif edib.

Dövlət ittihamçısı zərərçəkmişə vurulan zərərin bir hissəsinin ödənilməsinin hökm çıxarılan zaman yüngülləşdirici hal kimi nəzərə alınmasını istəyib.

Mahir Niftəliyevin vəkili müdafiə çıxışı üçün vaxt istəyib. Proses iyulun 25-də davam etdiriləcək.

Qeyd edək ki, Mahir Niftəliyevə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham elan edilib. O, tanışı Vidadi Sultanovun bağ evini və yaşayış binasında olan mənzilini satmaq adı ilə ələ keçirərək ona 450 min manat zərər vurub.

Xatırladaq ki, 2018-ci ilin noyabr ayından baxılan cinayət işi üzrə barəsində həbs qətimkan tədbiri seçilməyən M.Niftəliyev məhkəmə proseslərində iştirak etmədiyinə görə onun barəsində axtarış elan edilmişdi. Bu ilin may ayında saxlanan M.Niftəliyev barəsində həbs qətimkan tədbiri seçilib və icraat yenilənib. 

Son xəbərlər

Orphus sistemi