Prokuror tanışına qarşı 1 milyon manatlıq dələduzluq edən şəxsə cəza istəyib

Prokuror tanışına qarşı 1 milyon manatlıq dələduzluq edən şəxsə cəza istəyib Bakı. 27 fevral. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Feliks Mendeleyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hadisə
27 Fevral , 2019 17:08
Prokuror tanışına qarşı 1 milyon manatlıq dələduzluq edən şəxsə cəza istəyib
0 : 00
0 : 00

Bakı. 27 fevral. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Feliks Mendeleyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının başa çatdığı elan olunub.

Prokuror çıxışında onun 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmənin növbəti iclası martın 6-na təyin edilib.

İttiham aktına əsasən, Özbəkistanda anadan olmuş, Azərbaycan vətəndaşı F.Mendeleyev “Sepra İnvest Ltd” şirkətinin direktorudur. Onun şirkəti Litvada qeydiyyatdan keçib.

İş üzrə zərərçəkmiş Qulu Quliyev oğluna xaricdə mənzil almaq istəyib və tanışı F.Mendeleyev ona öz şirkəti vasitəsilə xarici ölkələrə investisiya qoyaraq yaxşı gəlir əldə edə biləcəyini deyib. Q.Quliyev də onunla razılaşıb. F.Mendeleyev Avstraliyada yerləşən 3 şirkətin adından Q.Quliyevlə ingilis dilində müqavilə imzalayıb və ondan, ümumilikdə, 982 min 833 manat alaraq bu şirkətlərin hesabına köçürüb. Daha sonra həmin pulları Sinqapurda yerləşən digər şirkətlərin bank hesabına köçürüb və bir hissəsi ilə ABŞ-ın Nyu-York şəhərində yerləşən binadan 7 otaq satın alaraq icarəyə verib. Bir neçə ay sonra isə Q.Quliyevlə müqavilə imzalayan şirkətləri müflis elan edərək öhdəliklərin icrasından yayınıb.

F.Mendeleyev bundan başqa həmin dövr ərzində Q.Quliyevlə “Monte Kristo” şadlıq sarayında görüşərək bir neçə dəfəyə dələduzluq yolu ilə ondan 54 min 500 manat pul alaraq mənimsəyib.

Təqsirləndirilən F.Mendeleyev həbs edilməyib, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilib.

Son xəbərlər

Orphus sistemi