Prokuror sağlamlığa xəsarət vurmaqda təqsirləndirilən gəncə cəza istəyib

Prokuror sağlamlığa xəsarət vurmaqda təqsirləndirilən gəncə cəza istəyib Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Vazeh Babayevin cinayət işi üzrə məhkəmə iclası keçirilib.
Hadisə
30 Oktyabr , 2019 12:21
Prokuror sağlamlığa xəsarət vurmaqda təqsirləndirilən gəncə cəza istəyib

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Vazeh Babayevin cinayət işi üzrə məhkəmə iclası keçirilib.

"Report"un xəbərinə görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

Prokuror təqsirləndirilən şəxsə 6 il 6 ay azadlıqdan məhrum etmə cəzasının verilməsini istəyib.

Təqsirləndirilən şəxsin vəkili çıxış edərək bildirib ki, V.Babayev zərərçəkmişi güləş fəndi ilə yıxıb. Müdafiəçinin sözlərinə görə, təqsirləndirilənin qəsdən sağlamlığa zərər vurmaq məqsədi olmayıb. Ona görə də cinayət törədərkən 16 yaşı olan V.Babayevin ittihamının dəyişdirilməsi və ona həbs nəzərdə tutulmayan cəza verilməsini istəyib.

Təqsirləndirilən şəxs son söz demək üçün məhkəmədən vaxt istəyib.

Proses noyabrın 6-da davam etdiriləcək.

Qeyd edək ki, Vazeh Babayev Cinayət Məcəlləsinin 126.2.4-cü (xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham edilir. Onun barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib və azadlıqdadır. Vazeh 18 yaşını yenicə tamamlayıb.

Bu işdə zərərçəkmiş şəxs isə Əlikram Rəhimovdur. Bu davada iştirak edənlərdən yaşda ən böyüyü də Əlikram olub. Əlikramın 21 yaşı var, ailəlidir, övladı da var.

İttihama görə, tərəflər arasındakı davaya səbəb Əlikramın Vazehin də tanışı olan başqa biri haqda söyüş söyməsi olub. Həmin şəxsin isə 15 yaşı var.

Əlikram "whatsapp" sosial şəbəkəsində "Akulalar" adlı qrup yaradaraq Vazehi və məhəllədə olan bir neçə dostunu da əlavə edib. Onlar görüş üçün vədələşib.

Görüş yerində ilk olaraq Vazehlə Əlikram söhbət edib. Onlar arasında mübahisə yaranıb. Vazeh idman fəndi ilə Əlikramı yerə yıxıb. Başı asfalta dəyən Əlikram gicgah nahiyəsindən xəsarət alıb.

Son xəbərlər

Orphus sistemi