Prokuror sabiq idarə əməkdaşının qardaşına cəza istəyib

Prokuror sabiq idarə əməkdaşının qardaşına cəza istəyib Məhkəmənin növbəti iclası mayın 31-nə təyin edilib
Hadisə
22 May , 2017 11:53
Prokuror sabiq idarə əməkdaşının qardaşına cəza istəyib

Bakı. 22 may REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Namiq Quliyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

Prokuror çıxışında N.Quliyevin 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmənin növbəti iclası mayın 31-nə təyin edilib.

Qeyd edək ki, ittihama aktına əsasən, N.Quliyev özgənin əmlakını ələ keçirmək məqsədilə yaxın münasibətdə olduğu gəmilərin layihələşdirilməsi, inşası, yenidən qurulması, təmiri və sair xidmətlər üzrə fəaliyyət göstərən “Texmarin Limited” MMC-də iş icraçısı işləyən Əlizamin Rzayevin vasitəsilə həmin cəmiyyətin direktoru Arif Həsənovla görüşüb. Ona guya gəmi təmiri sahəsində işləyən vəzifəli şəxslərlə yaxın münasibətinin olmasını deyərək, gəmi və tərsanə tapmaqla müəssisəni işlədib pul qazanacağına inandırıb. Bu məqsədlə A.Həsənovun etibarından sui-istifadə edərək onu aldadıb və 85 min 500 manat pulunu ələ keçirməklə dələduzluq edib.

Xatırladaq ki, Namiq Quliyev Korrupsiyaya qarşı Mübarizə İdarəsinin sabiq əməkdaşı Nazir Quliyevin qardaşıdır.

Son xəbərlər

Orphus sistemi