Prokuror sabiq bank əməkdaşına cəza istəyib

Prokuror sabiq bank əməkdaşına cəza istəyib Bakı. 27 dekabr. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən İlham Qasımovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hadisə
27 Dekabr , 2017 12:01
Prokuror sabiq bank əməkdaşına cəza istəyib
Report

Bakı. 27 dekabr. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən İlham Qasımovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un məlumatına görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib.

Dövlət ittihamçısı çıxışında İ.Qasımovun 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, İ.Qasımov əvvəllər "Kapital Bank"da, daha sonra VTB Bankda işləyib. O, işdən çıxdıqdan sonra Rusiyaya gedib və beş il orada yaşayıb. Onun barəsində beynəlxalq səviyyədə axtarış elan edilib və tutularaq Azərbaycana gətirilib.

İ.Qasımov Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə, külli miqdarda törəldildikdə) və digər maddəsi ilə ittiham olunur.

Son xəbərlər

Orphus sistemi