Prokuror ​Rauf Mirqədirovun işinin yüngülləşdirilməsini istəyib - YENİLƏNİB

Prokuror ​Rauf Mirqədirovun işinin yüngülləşdirilməsini istəyib - YENİLƏNİB O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunur
Hadisə
16 Dekabr , 2015 12:07
Prokuror ​Rauf Mirqədirovun işinin yüngülləşdirilməsini istəyib - YENİLƏNİB

İlk xəbər 11:54 dərc olunub

Bakı. 16 dekabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalist Rauf Mirqədirovun cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

“Report”un xəbərinə görə, hakim Əlisultan Osmanovun sədrlik etdiyi proses qapalı olub. Prosesdən sonra jurnalistlərə açıqlama verən R.Mirqədirovun müdafiəçisi Fuad Ağayev bildirib ki, dövlət ittihamçısı çıxış edib: "Prokuror Rauf Mirqədirovun 7 il azadlıqdan məhrum edilməsini istəyib".

Bundan başqa, prokuror hakimdən R.Mirqədirovun işinə Cinayət Məcəlləsinin 62-ci (Cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsi) maddəsinin təsdiqlənməsini, bununla da onun işinin yüngüləşdirilməsini istəyib.

Növbəti proses dekabrın 23-də keçiriləcək.

Qeyd edək ki, R.Mirqədirov ötən ilin aprel ayında Türkiyədə saxlanılıb. Jurnalist daha sonra Azərbaycana deportasiya olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunur.

Son xəbərlər

Orphus sistemi