Prokuror "Range Rover" ölümlə nəticələnən qəza törətməkdə ittiham olunan şəxsə yenidən cəza istəyib

Prokuror "Range Rover" ölümlə nəticələnən qəza törətməkdə ittiham olunan şəxsə yenidən cəza istəyib Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Xəyal Məmmədovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hadisə
19 İyun , 2019 14:33
Prokuror Range Rover ölümlə nəticələnən qəza törətməkdə ittiham olunan şəxsə yenidən cəza istəyib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Xəyal Məmmədovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report" xəbər verir ki, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının bitdiyi elan edilib.

Prokuror çıxış edərək təqsirləndirilən şəxsin 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Müdafiə tərəfi isə təqsirləndirilənə bəraət verilməsini xahiş edib.

Proses iyunun 25-də davam edəcək.

Qeyd edək ki, bir neçə proses əvvəl məhkəmə istintaqının başa çatdığı elan edilib və prokuror təqsirləndirilən şəxsə cəza istəmişdi.

Sonradan hakimlər kollegiyası isə işdə prosessual pozuntuların olduğu qənaətinə gələrək, məhkəmə istintaqının yenilənməsi, bu iş üzrə prokurorluq və polis əməkdaşlarının dindirilməsi barədə qərar veriblər.

Dindirilməsi nəzərdə tutulan şəxslər ötən prosesdə dindirilib.

Xatırladaq ki, ötən il iyunun 12-də Binəqədi qəsəbəsi ərazisində naməlum “Range Rover” markalı avtomobillə Rahib Əliyevin idarə etdiyi “Ford” markalı avtomobil toqquşub. Qəza nəticəsində “Ford”un sürücüsü və sərnişini - Orxan Orucov ilə Rahib Əliyev hadisə yerində ölüb.

Qəza baş verən zaman “Range Rover”in sükanı arxasında olan Abşeron Rayon Polis İdarəsinin əməkdaşı, polis serjantı Xəyal Məmmədov saxlanılıb və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Ona Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma - iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham verilib. 

Son xəbərlər

Orphus sistemi