Prokuror Qubada bacanağını öldürən şəxsə cəza istəyib

Prokuror Qubada bacanağını öldürən şəxsə cəza istəyib Proses martın 14-də davam etdiriləcək
Hadisə
7 Mart , 2017 15:32
Prokuror Qubada bacanağını öldürən şəxsə cəza istəyib

Bakı. 7 mart. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə təqsirləndirilən Emin Nəsirovun cinayət işi üzrə məhkəməsinin növbəti iclası keçirilib.

"Report"un məlumatına görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

Prokuror çıxışında E.Nəsirovun 13 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Proses martın 14-də davam etdiriləcək.

Qeyd edək ki, ötən il iyulun 8-də Quba rayonunun Nügədi-qazmalar kəndində Birinci Nügədi kənd sakini 1987-ci il təvəllüdlü Neymət Xəlilovun bıçaqla qətlə yetirilmiş meyiti tapılıb.

Araşdırma zamanı məlum olub ki, Xaçmaz rayon sakini, 1984-cü il təvəllüdlü Nəsirov Emin Məhəmməd oğlu münaqişə zəminində bacanağı, N.Xəlilovu bıçaqlayaraq qətlə yetirib.

İlkin məlumata görə, hadisə sərxoş vəziyyətdə olan bacanaqlar arasında mübahisə zəminində baş verib.

Qətli törədən E.Nəsirov Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Rayon prokurorluğunda onun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) cinayət işi başlanıb.

Son xəbərlər

Orphus sistemi