Bakı. 16 noyabr.
"Report"un məlumatına görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.
Prokuror çıxışında İ.Mehdiyevin 20 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Təqsirləndirilən şəxs çıxış üçün məhkəmədən vaxt istəyib.
Məhkəmənin növbəti iclası noyabrın 21-nə təyin edilib.
Qeyd edək ki, hadisə bu il yanvarın 31-də baş verib. Cinayəti törədən 31 yaşlı İ.Mehdiyev hadisəni törədən zaman içkili olub.
Xatırladaq ki, mərhum 81 yaşlı İmdad Mehdiyevin digər oğlu Mehdi Mehdiyevdir. O, “Qarabağ müharibəsi əlilləri, veteranları və şəhidailələri” İctimai Birliyinin sədridir.
İ.Mehdiyev Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 186-cı (əmlakı qəsdən məhv etmə və ya zədələmə) maddələri ilə təqsirli bilinib.