Prokuror 76 yaşlı qadını döyərək boyunbağısını alan şəxslərə cəza istəyib

Prokuror 76 yaşlı qadını döyərək boyunbağısını alan şəxslərə cəza istəyib Bakı. 13 fevral. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 76 yaşlı qadını döyərək 2000 manatlıq qızıl boyunbağısını ələ keçirən İlkin Məlikov və Kamran Gəncimaliyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hadisə
48354
13 Fevral , 2019 17:29
Prokuror 76 yaşlı qadını döyərək boyunbağısını alan şəxslərə cəza istəyib
Report

Bakı. 13 fevral. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 76 yaşlı qadını döyərək 2000 manatlıq qızıl boyunbağısını ələ keçirən İlkin MəlikovKamran Gəncimaliyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un məlumatına görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının başa çatdığı elan olunub.

Prokuror Sabir Abdinov çıxışında hər iki şəxsin 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmənin növbəti iclası fevralın 19-na təyin edilib.

Qeyd edək ki, ötən il sentyabrın 20-də Binəqədi rayonu, Novxanı bağlar sahəsində yerləşən evlərdən birinə daxil olan iki maskalı şəxs orada yaşayan 76 yaşlı qadın Solmaz Fətullayevanın başına taxta parçası ilə vuraraq onun 2000 manat dəyərindəki qızıl boyunbağısını götürüblər.

Araşdırma zamanı məlum olub ki, zərərçəkən qadın İ.Məlikovun qohumudur. O, dostu K.Gəncimalıyeva qohumunun evinə basqın etməyi məsləhət görəndən sonra birlikdə qeyd edilən hadisəni törədiblər.

Son xəbərlər

Orphus sistemi