Prokuror polisə işə düzəltmək adı ilə 26 min manatlıq dələduzluq edən şəxslərə cəza istəyib

Prokuror polisə işə düzəltmək adı ilə 26 min manatlıq dələduzluq edən şəxslərə cəza istəyib Bakı. 15 yanvar. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən İlham İsgəndərov və Orxan Şaldıyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hadisə
15 Yanvar , 2018 12:29
Prokuror polisə işə düzəltmək adı ilə 26 min manatlıq dələduzluq edən şəxslərə cəza istəyib

Bakı. 15 yanvar. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən İlham İsgəndərov və Orxan Şaldıyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib. 

Prokuror qeyd edib ki, təqsirləndirələn şəxslərin cinayət əməli məhkəmə istintaqı dövründə sübuta yetirilib. O, hər iki şəxsin 4 il müddətinə azadlıqdan məhrum edilməsini, onların məhkəmə zalında həbs edilməsini istəyib.

Qeyd edək ki, ittiham aktına əsasən, təqsirləndirilən İ.İsgəndərov və O.Şaldıyev vətəndaş Məmmədov Elnur Müzəffər oğluna qarşı dələduzluq ediblər. Həmin şəxslər zərərçəkmişin oğlunu Dövlət Yol Polisinə işə düzəltmək adı ilə ondan 26 min manat pul alıblar.

İ.İsgəndərov və O.Şaldıyev Cinayət Məcəlləsinin 178.2.1 (dələduzluq, bir qrup şəxs tərəfindən törədildikdə) və 178.2.4-cü (dələduzluq; xeyli miqdarda törədildikdə) maddələri ilə ittiham edilirlər.

Qeyd edək ki, hər iki şəxsin barəsində həbs qətimkan tədbiri seçilməyib. Onlar barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib. 

Məhkəmədə məlum olub ki, İ.İsgəndərov və O.Şaldıyev zərərçəkmişlə barışıq əldə etməyib. Zərərçəkmiş dəymiş zərərin ödənilməsi ilə bağlı istintaqa razılıq ərizəsi versə də, məhkəməyə müraciətində pulunun ödənilmədiyini deyib.

Son xəbərlər

Orphus sistemi