Prokuror Pirallahıda qətl törədən şəxsə 18 il cəza istəyib

Prokuror Pirallahıda qətl törədən şəxsə 18 il cəza istəyib Bakı. 27 iyun. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Zahid Məmiyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hadisə
27 İyun , 2018 14:29
Prokuror Pirallahıda qətl törədən şəxsə 18 il cəza istəyib

Bakı. 27 iyun. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Zahid Məmiyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

Prokuror məhkəmədə Z.Məmiyevin 18 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Sonra təqsirləndirilən şəxsin vəkili müdafiə çıxışı üçün məhkəmədən vaxt tələb edib.

Məhkəmənin növbəti iclası iyulun 29-na təyin olunub.

Qeyd edək ki, 2017-ci il iyunun 3-də Pirallahı qəsəbəsinin Xanlar küçəsindən qəsəbə sakini Nəsir Əkbərov kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib və orada ölüb. Hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən Lənkəran rayon sakini, əvvəllər məhkum olunmuş Zahid Məmiyev tutulub.

Z.Məmiyev Cinayət Məcəlləsinin 120.2-ci (xüsusi amansızlıqla qətlə yetirmə) maddəsi ilə ittiham edilir. 

Son xəbərlər

Orphus sistemi