Prokuror özünü MTN əməkdaşı kimi təqdim edərək dələduzluq edən qadına cəza istəyib

Prokuror özünü MTN əməkdaşı kimi təqdim edərək dələduzluq edən qadına cəza istəyib Məhkəmə təqsirləndirilən şəxslərin vəkillərinə çıxış üçün saat 17:00-dək vaxt verib
Hadisə
7 Avqust , 2017 11:42
Prokuror özünü MTN əməkdaşı kimi təqdim edərək dələduzluq edən qadına cəza istəyib

Bakı. 7 avqust. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Aygün Akimova və İlham Baxşıyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un məlumatına görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

Prokuror çıxışında A.Akimovanın 13 il, İ.Baxşıyevin isə 4 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmə təqsirləndirilən şəxslərin vəkillərinə çıxış üçün saat 17:00-dək vaxt verib.

Qeyd edək ki, A.Akimova özünü sahibkarlara ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) məxfi agenti, vəzifəli şəxs kimi təqdim edərək, onlara 1 milyon manat dəyərində dələduzluq edib. İttiham aktına əsasən, həmin cinayət işində onun İ.Baxşıyevlə əlbir olduğu qeyd edilir.

Onlar Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham olunurlar.

Xatırladaq ki, AMAY ticarət mərkəzinin sahibi Abdulla Abdulalyev iş üzrə şahid qismində ifadə verib. O, dindirilərkən naxçıvanlı biznesmen A.Akimova ilə evli olmadığını, ancaq onun uşaqlarının doğum şəhadətnaməsində ata adı kimi adının yazıldığını deyib.

Son xəbərlər

Orphus sistemi