Prokuror mənzil "makler"inə cəza istəyib

Prokuror mənzil "makler"inə cəza istəyib Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Mehti Mehtiyevin cinayət işi üzrə məhkəmə iclası keçirilib.
Hadisə
15 Oktyabr , 2019 11:01
Prokuror mənzil maklerinə cəza istəyib

Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Mehti Mehtiyevin cinayət işi üzrə məhkəmə iclası keçirilib.

"Report"un xəbərinə görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında dövlət ittihamçısı çıxış edib.

O, təqsirləndirilənin 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

M.Mehtiyevin vəkili müdafiə çıxışında cəzanın ağır olduğunu, müdafiə etdiyi şəxsə aşağı həddə cəza təyin edilməsini xahiş edib.

Məhkəmə M.Mehtiyevə son söz demək üçün vaxt verib.

Proses oktyabrın 21-də davam etdiriləcək.

Ev alqı-satqısı ilə məşğul olan Mehti Mehtiyev "Yüksəliş-C" MMC və "Yeni Yasamal" MTK-dan mənzillər satıb. Sonradan məlum olub ki, həmin mənzillər başqa şəxslərə də satılıb.

"Yüksəliş-C" MMC və "Yeni Yasamal" MTK-da bir mənzilin bir neçə nəfərə satılması ilə bağlı şikayətlərdən sonra şirkətlərin rəhbəri Cahangir Alışov və digərləri həbs edilib. Bundan sonra Mehti Mehtiyevin də əməlinin üstü açılıb.

M.Mehtiyev barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

Son xəbərlər

Orphus sistemi