Yuxarı

Prokuror keçmiş məhkum yoldaşlarını öldürmək istəyən şəxsə cəza istəyib

​Prokuror məhkum yoldaşlarını öldürmək istəyən şəxsə cəza istəydi

Bakı Ağır Cinayətlər Məhkəməsində keçmiş məhkum yoldaşlarını bıçaqlamaqda təqsirləndirilən Məhərrəm Kazımovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edərək M.Kazımovun 16 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, hadisə ötən il noyabrın 13-də gecə saatlarında Sabunçu qəsəbəsində baş verib. Əslən Zəngilan rayonundan olan 1986-cı il təvəllüdlü Paşayev İlham Adil oğlu və 1987-ci il təvəllüdlü, Bakı sakini İsmayılov Mahir Etibar oğlu naməlum şəraitdə çoxsaylı bıçaq zərbələri alıblar.

Ekspertlər yoxlama zamanı Paşayevin bədəninin müxtəlif hissələrində çoxsaylı bıçaq xəsarətləri aşkar ediblər. Hadisəni törədən şəxs İsmayılovun boğazını kəsməyə cəhd edib. Hər iki yaralı ağır vəziyyətdə 3 saylı Şəhər Klinik Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirlib.

İlkin araşdırma zamanı məlum olub ki, sözügedən şəxslərə əvvəllər məhkum edilmiş Məhərrəm Kazımov adlı şəxs bıçaqla hücum edib.

Ona Cinayət Məcəlləsinin 29,120.2.7-ci (iki və daha çox şəxsi öldürməyə cəhd) maddəsi ilə ittiham verilib.

Cinayət işində zərərçəkən şəxs kimi tanınan Paşayev İlham Ədil oğlu və İsmayılov Mahir Etibar oğlu əvvəllər oğurluğa görə məhkum olunublar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi