Prokuror iki piyadanın ölümünə səbəb olan sürücüyə cəza istəyib

Prokuror iki piyadanın ölümünə səbəb olan sürücüyə cəza istəyib Məhkəmənin növbəti prosesi aprelin 26-na təyin edilib
Hadisə
17 Aprel , 2017 12:41
Prokuror iki piyadanın ölümünə səbəb olan sürücüyə cəza istəyib

Bakı. 17 aprel. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirlən Anar Səfərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

Prokuror çıxışında A.Səfərovun 11 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmənin növbəti prosesi aprelin 26-na təyin edilib.

Qeyd edək ki, hadisə ötən ilin iyununda Binəqədi rayonunun Xocəsən qəsəbəsində, Bakı-Xocəsən yolunun 7-ci kilometrliyində baş verib. Xırdalan şəhər sakini A.Səfərov idarə etdiyi “Nissan XTrail” markalı, 90 SD 338 dövlət qeydiyyat nişanlı avtomobillə yolu keçən 3 nəfəri vurub. Nəticədə piyadalardan 36 yaşlı Cavanşir Kirmirzəyev və 32 yaşlı Səbuhi Şahmarov dünyasını dəyişib. 36 İsmayıl Hümbətov isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Onun həyatını xilas etmək mümkün olub.

Son xəbərlər

Orphus sistemi