Bakı. 20 sentyabr.
"Report"un məlumatına görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının yekunlaşdığı elan olunub.
Daha sonra dövlət ittihamçısı çıxış edib. Prokuror çıxışında R.Qasımovun 12 il və A.Qəhrəmanovun isə 11 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Qeyd edək ki, antiterror tədbirləri nəticəsində, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratma, eləcə də onların yaradılmasında və fəaliyyətində iştirak etmə, Azərbaycan hüdudlarından kənarda aparılan silahlı münaqişələrə cəlb etmə, təlimlərdə və ya silahlı münaqişələrdə iştirak etmə və digər hüquqazidd əməllərinin törədilməsində təqdirləndirilirlər.
A.Qəhrəmanov və R.Qasımov Cinayət Məcəlləsinin 12.1, 279.1-ci və 283-1.3-cü maddələri ilə ittiham olunurlar.
Hər iki şəxs İŞİD terror təşkilatının sıralarına qoşulduqdan sonra Azərbaycana qayıdarkən həbs ediliblər.