Prokuror həyat yoldaşını bıçaqlayan şəxsə cəza istəyib

Prokuror həyat yoldaşını bıçaqlayan şəxsə cəza istəyib Məhkəmənin növbəti prosesi noyabrın 14-nə təyin edilib
Hadisə
7 Noyabr , 2016 12:15
Prokuror həyat yoldaşını bıçaqlayan şəxsə cəza istəyib

Bakı. 7 noyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində arvadını bıçaqlayan Rüfət Əliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

Prokuror çıxışında R.Əliyevin 5 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmənin növbəti prosesi noyabrın 14-nə təyin edilib.

Qeyd edək ki, Ə.Rüfət arvadı Bahar Məmmədovanı ailə məişət zəminində bıçaqlayıb. Onun həyatını xilas etmək mümkün olub.

O, Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunur.

Son xəbərlər

Orphus sistemi