Yuxarı
    Bağlamaq

    Prokuror gömrük əməkdaşlarının məhkəməsində “Moskva univermağı”nın baş mühasibinin ifadə verməsini istəyib

    Proses noyabrın 10-da davam etdiriləcək

    Bakı. 3 noyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət almaqda və qaçaqmalçılıqda təqsirləndirilən Aman Muhamməd Baylyyev, Neman Abbasov, Adil Kazımov, Aytəkin Tağıyeva, Muxtar Qasımov və Ziyafət Qurbanovun cinayət işi üzrə məhkəmənin iclası davam etdirilib.

    "Report"un məlumatına görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində “Moskva univermağı”nda tiçarətçi kimi çalışan Adil Məmmədov ifadə verib.

    O bildirib ki, təqsirləndirilən Z.Qurbanovanın satdığı qızılların kassa mədaxil qəbzini vurub: "Mən Moskva univermağı”nda tiçarətçi kimi çalışıram. Bizə deyilib ki, univermaqda nə qədər mal satılıb onun da kassa mədaxil qəbzini vurmaq lazımdır. Orada adıma kassa aparatı var. Mən Ziyafət xanımın həmin gün satdığı qızılların kassa mədaxil qəbzini vurmuşam. Biz orada piştaxtalar üzrə bölünmüşük. Satılan malların vergisini isə həmin satıcılar ödəyir".

    Şahid A.Məmmədov digər təqsirləndirilən Türkmənistan vətəndaşı A.Baylyyevi tanımadığını söyləyib.

    Daha sonra A.Məmmədov dövlət ittihamçısının suallarını cavablandırıb. Prokuror “Moskva univermağı”nda kassa aparatlarının piştaxtalar üzrə bölünməsi qaydasını kim tərəfindən təşkil edildiyini soruşub. A.Məmmədov isə əvvəlcə onun bu haqda məlumatının olmadığını deyib: "Mən həmin univermağa gələndən belə işləmişik. Bir neçə piştaxtaya mən nəzarət edirəm. Kassanı piştaxta sahiblərinin adından açmışam. Bizə “Moskva univermağı”nın baş mühasibi və İdarə Heyəti tərəfindən belə göstəriş verilib. Qəbzdə satılan qızılların əyyarları qeyd edilmir. Sadəcə qəbzin üzərində mənim adım yazılıb".

    Dövlət ittihamçısı isə vəsastətlə çıxış edib. O, “Moskva univermağı”nın baş mühasibinin əlavə şahid qismində məhkəmədə ifadə verməsini tələb edib. Məhkəmə prokurorun vəsatətini təmin etməyib.

    Digər şahid Qafur Bağırov da dindirilib. Həmin şəxs də "Moskva univermağı”nda tiçarətçi kimi çalışdığını və adına kassa aparatının olduğunu qeyd edib.

    Hakim məhkəmə istintaqının yekunlaşdığını elan edib. Prokuror çıxış üçün məhkəmədən vaxt istəyib.

    Proses noyabrın 10-da davam etdiriləcək.

    Qeyd edək ki, təqsirləndirilən şəxslərdən biri - Aman Muhamməd Baylyyev Türkmənistan vətəndaşı, 5-i - Neman Abbasov, Adil Kazımov, Aytəkin Tağıyeva Muxtar Qasımov və Ziyafət Qurbanova isə Azərbaycan vətəndaşıdırlar. Azərbaycan vətəndaşalarının 4-ü Dövlət Gömrük Komitəsinin (DGK) əməkdaşlarıdır. Z.Qurbanova isə “Moskva univermağı”nda qızıl satışı ilə məşğul olur.

    Hazırlıq iclasında məlum olub ki, təqsirləndirilən 6 nəfərdən 2-si - A.Baylyyev və N.Abbasovun barəsində həbs qətimkan tədbiri seçilib. Digər 4 nəfər isə - A.Kazımov, A.Tağıyeva M.Qasımov və Z.Qurbanova zamindədirlər.

    Həmin şəxslər Azərbaycandan Türkmənistana qanunsuz yollarla külli miqdarda qızıl-ziynət əşyalarının keçirilməsində təqsirli bilinirlər.

    Onlar Cinayət Məcəlləsinin 312-ci (rüşvət vermə) və 206-cı (qaçaqmalçılıq) maddələri ilə ittiham olunurlar.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi