Prokuror Fikrət Qocanın oğlunu öldürməkdə təqsirləndirilən şəxslərin hökmündən protest verib

Prokuror Fikrət Qocanın oğlunu öldürməkdə təqsirləndirilən şəxslərin hökmündən protest verib Bakı. 29 yanvar. REPORT.AZ/ Azərbaycan Yazıçılar Birliyinin katibi, xalq şairi Fikrət Qocanın oğlu Yalçın Qocayevi qətlə yetirməkdə təqsirləndirilən Elnur Nəhmədov, Pərviz Hüseynov və Ruslan Məmmədovun barələrində olan hökmdən dövlət ittihamçısı apellyasiya protesti və təqsirləndirilən şəxslər apellyasiya protesti verib.
Hadisə
29 Yanvar , 2018 10:14
Prokuror Fikrət Qocanın oğlunu öldürməkdə təqsirləndirilən şəxslərin hökmündən protest verib

Bakı. 29 yanvar. REPORT.AZ/ Azərbaycan Yazıçılar Birliyinin katibi, xalq şairi Fikrət Qocanın oğlu Yalçın Qocayevi qətlə yetirməkdə təqsirləndirilən Elnur Nəhmədov, Pərviz Hüseynov və Ruslan Məmmədovun barələrində olan hökmdən dövlət ittihamçısı apellyasiya protesti və təqsirləndirilən şəxslər apellyasiya protesti verib.

"Report"un xəbərinə görə, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək iclas bu il fevralın 2-nə təyin edilib.

İşə hakim İlqar Murquzovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin rəsmi məlumatına görə, ötən il martın 11-də gecə saat 2 radələrində Vətən Müharibəsi Veteranlar Birliyinin Nəsimi rayonu, M.Cəlal küçəsində yerləşən rayon şöbəsinin inzibati binasında Ruslan adlı şəxs oranın üzvü, Bakı şəhər sakini Yalçın Qocayevə baş nahiyəsindən küt alətlə xəsarət yetirib. Y.Qocayev hadisə yerində ölüb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Y.Qocayevin tanışları - Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Ruslan Məmmədov, Sabirabad rayon sakini Elnur Nəhmədov, Bakı şəhər sakini Pərviz Hüseynovla aralarında baş verən mübahisə zəminində E.Nəhmədov tərəfindən döyülərək öldürülməsi müəyyən edilib.

Görülmüş tədbirlərlə hər üç şəxs tutulub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E.Nəhmədov 5 il, R.Məmmədovun 2,5 il, P.Hüseynov 2 il müddətinə azadlıqdan məhrum edilib.Hökmə əsasən, E.Nehmətovun ittiham olunduğu Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi 124-cü (ehtiyatsızlıqdan adam öldürmə) maddəsinə tövsif edilib.

Son xəbərlər

Orphus sistemi