Prokuror "Falçı Səkinə"yə cəza istəyib

Prokuror "Falçı Səkinə"yə cəza istəyib Bakı. 1 iyun. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Səkinə İsmayılovanın cinayət işi üzrə növbəti məhkəmə prosesi davam etdirilib.
Hadisə
1 İyun , 2018 15:31
Prokuror Falçı Səkinəyə cəza istəyib
Report
0 : 00
0 : 00

Bakı. 1 iyun. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Səkinə İsmayılovanın cinayət işi üzrə növbəti məhkəmə prosesi davam etdirilib.

"Report"un məlumatına görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı yekunlaşıb.

Prokuror çıxışında S.İsmayılovanın 6 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmə iclası davam etdirilir.

Xatırladaq ki, zərərçəkmiş Təyminə Abdullayeva barəsində əri Barat Abdullayevin şikayəti əsasında cinayət işi açılıb.

B.Abdullayev şikayətində bildirib ki, arvadı birgə nikahdan olan yaşayış sahəsini satıb, pulunu ələ keçirmək istəyib. Bu məqsədlə yeni şəxsiyyət vəsiqəsini saxtalaşdırıb. Yeni şəxsiyyət vəsiqəsində ailəli yox, subay olduğunu yazdırıb. Həmin sənəddən istifadə edərək qeyd edilən mənzili 250 min manata özgəninkiləşdirərək ona 890 min manat məbləğində ziyan vurub.

B.Abdullayev şəxsi bizneslə məşğuldur. Onun Bakıda hotelinin, ticarət obyektlərinin olduğu bildirilir. B.Abdullayev həyat yoldaşından boşanmaq üçün məhkəməyə müraciət edib.

T.Abdullayeva ərinin dedikəri ilə razılaşmayaraq söyləyib ki, pullarını Səkinə İsmayılova adlı falçı ələ keçirib. S.İsmayılova ondan fala baxmaq adı ilə əvvəlcə 20 min, sonra isə 10 min manat pul alıb. Daha sonra onun evini banka girov qoyaraq pul götürüblər. T.Abdullayeva iddia edir ki, "falçı Səkinə" onun pullarını və əmlakını ələ keçirib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə T.Abdullayeva 8 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs olunub.

T.Abdullayevanın işi davam edən ərəfədə S.İsmayılova da həbs edilib.

Son xəbərlər

Orphus sistemi