Prokuror DTX-nın həbs etdiyi şəxslərə cəza istəyib

Prokuror DTX-nın həbs etdiyi şəxslərə cəza istəyib Məhkəmənin növbəti prosesi aprelin 16-na təyin edilib
Hadisə
9 Aprel , 2018 12:47
Prokuror DTX-nın həbs etdiyi şəxslərə cəza istəyib
Report

Bakı. 9 aprel. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qaçaqmalçılıq yolu ilə gizli şəkildə ölkəyə külli miqdarda psixotrop maddə gətirməkdə təqsirləndirilən Ələkbər Məmmədov, Şəmistan Mustafayev və Cəlal Qasımovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib.

Dövlət ittihamçısı Ə.Məmmədovun 10 il, Ş.Mustafayevin 8 il və Cəlil Qasımovun isə 7 il müddətinə azadlıqdan məhrum edilmələrini istəyib.

Məhkəmənin növbəti prosesi aprelin 16-na təyin edilib.

Qeyd edək ki, Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) ötən il yaydığı məlumata görə, DTX tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində qaçaqmalçılıq yolu ilə gizli şəkildə ölkəyə gətirilmiş külli miqdarda psixotrop maddə olan MDMA həblərinin (ekstazi) qanunsuz yayılmasının qarşısı alınıb. Belə psixotrop maddələri qaçaq yolla ölkəyə gətirib qanunsuz olaraq gənclərin toplaşdıqları müxtəlif məkanlarda müntəzəm yayılmasını təşkil etməkdə şübhəli bilinən Məmmədov Ələkbər Zakir oğlu və Mustafayev Şəmistan Əli oğlu 2017-ci il martın 15-də saxlanılıblar.

Araşdırma zamanı külli miqdarda psixotrop maddə olan MDMA həbləri, habelə külli miqdarda güclü təsiredici “Preqabalin” maddələri aşkar edilərək götürülüb.

Daha sonra Cəlal Qasımov da saxlanılıb.

Ə.Məmmədov Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 234.4.1-ci (qanunsuz olaraq narkotik vasitələri saxlama, satma, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə), Ş.Mustafayev 29, 234.4.3-cü (qanunsuz olaraq narkotik vasitələri saxlamaya və satmaya cəhd, külli miqdarda törədildikdə) və C.Qasımov 29, 234-cü (qanunsuz olaraq narkotik vasitələri saxlamaya və satmaya cəhd) maddələri ilə ittiham olunur.

Son xəbərlər

Orphus sistemi