​Prokuror dələduzluqda təqsirləndirilən tikinti şirkətinin direktoruna iş istəyib

​Prokuror dələduzluqda təqsirləndirilən tikinti şirkətinin direktoruna iş istəyib Məhkəmənin növbəti prosesi iyunun 8-nə təyin edilib
Hadisə
1 İyun , 2016 15:55
​Prokuror dələduzluqda təqsirləndirilən tikinti şirkətinin direktoruna iş istəyib

Bakı. 1 iyun. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda və vəzifə saxtakarlığında təqsirləndirilən “VEDI-E” MMC-nin direktoru Qoşun Rəhimovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

“Report”un məlumatına görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

Prokuror çıxışında Q.Rəhimovun 7 il azadlıqdan məhrum edilməsini istəyib.

Təqsirləndirilən şəxsin müdafiəçisi çıxış üçün vaxt istədiyini bildirib.

Məhkəmənin növbəti prosesi iyunun 8-nə təyin edilib.

Qeyd edək ki, ittiham aktına əsasən, vətəndaşlar 2007-2008-ci illərdən etibarən “VEDI-E” MMC-nin Yeni Yasamal yaşayış massivi, Talıblı küçəsində inşa etdiyi binada mənzil almaq üçün adıçəkilən şirkətlə müqavilə bağlayıblar.

Araşdırmalar zamanı MMC-nin direktoru Q.Rəhimov çoxmərtəbəli yaşayış binasındakı mənzilləri aldatma yolu ilə təkrarən ayrı-ayrı vətəndaşlara saxta müqavilələr əsasında satıb. Bu yolla 29 nəfər zərərçəkənə 305 min manat məbləğində ziyan vurulub.

O, Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur. İstintaq dövründə Q.Rəhimov barəsində heç yerə getməməklə bağlı iltizam alınıb.

Son xəbərlər

Orphus sistemi