Yuxarı

​Prokuror dələduzluqda təqsirləndirilən qadına iş istəyib

Məhkəmənin növbəti iclası noyabrın 25-nə təyin edilib

Bakı. 18 noyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən İradə Haşımovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

"Report"un xəbərinə görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

Prokuror İ.Haşımovanın 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmənin növbəti iclası noyabrın 25-nə təyin edilib.

Qeyd edək ki, İ.Haşımova Gülsüm İsmayılova, Solmaz Haqverdiyeva və bir neçə şəxsdən pul və qızıl-zinət əşyaları alaraq qaytarmayıb. 

O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi