Prokuror dələduzluqda təqsirləndirilən lombard sahibinə cəza istəyib

Prokuror dələduzluqda təqsirləndirilən lombard sahibinə cəza istəyib Bakı. 16 fevral. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Dürrə İsmayılovanın cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hadisə
16 Fevral , 2018 14:49
Prokuror dələduzluqda təqsirləndirilən lombard sahibinə cəza istəyib

Bakı. 16 fevral. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Dürrə İsmayılovanın cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

Prokuror çıxışında D.İsmayılovanın 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmənin növbəti iclası fevralın 23-nə təyin edilib.

Qeyd edək ki, ittiham aktına əsasən, Bakı şəhərində Xətai rayonu ərazisində lombard faliyyətiylə məşqul olan Dürrə İsmayılova dələduzluq nəticəsində insanların onun işlətdiyi lombarda girov qoyduğu əmlakı mənimsəyib.

D.İsmayılova lombard faliyyətiylə məşqul olduğu müddətdə vətəndaşlara ümumilikdə 300 min manatdan artıq maddi ziyan vurub. Onun dələduz əməlindən 200 nəfər zərər çəkib.

İstintaq dövründə D.İsmayılovanın barəsində həbs qətimkan tədbiri seçilməyib.

Son xəbərlər

Orphus sistemi