Prokuror dələduzluq yolu ilə 3,4 milyon dolları ələ keçirməkdə təqsirləndirilən şəxslərə ümumilikdə 106 il cəza istəyib

Prokuror dələduzluq yolu ilə 3,4 milyon dolları ələ keçirməkdə təqsirləndirilən şəxslərə ümumilikdə 106 il cəza istəyib Dövlət ittihamçısı çıxış edib
Hadisə
22 Noyabr , 2016 16:50
Prokuror dələduzluq yolu ilə 3,4 milyon dolları ələ keçirməkdə təqsirləndirilən şəxslərə ümumilikdə 106 il cəza istəyib

Bakı. 22 noyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı sakininin 3,4 milyon ABŞ dolları məbləğində vəsaitini dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilən Loğman Abdullayev, Emin Qasımov, Ruslan Hacıyev, Pərviz Rzayev, Fərhad Tağıyev, Gəray Abdullayev və Tural Qasımovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Tamella Nəsrullayevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

Prokuror çıxışında L.Abdullayevin 18 il, E.Qasımovun, R.Hacıyevin, P.Rzayevin və F.Tağıyevin hər birinin 16 il, G.Abdullayevin 14 və T.Qasımovun isə 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmənin növbəti iclası noyabrın 25-nə təyin edilib.

Qeyd edək ki, ittiham aktına əsasən, hadisə 2015-ci ildə baş verib. Bakı şəhər sakini Tofiq Nadir oğlu Zülfüqarov Daxili İşlər Nazirliyinə (DİN) müraciət edərək, bir qrup şəxsin ona məxsus 3 milyon 400 min ABŞ dolları məbləğində vəsaiti dələduzluq yolu ilə ələ keçirdiklərini bildirib. Baş İdarənin əməkdaşları tərəfindən həyata keçirilən tədbirləri nəticəsində L.Abdullayev, E.Qasımov, R.Hacıyev, P.Rzayev, F.Tağıyev, G.Abdullayev və T.Qasımov saxlanılıb.

Nərimanov Rayon Məhkəməsində F.Tağıyev, R.Hacıyev və T.Qasımov barəsində həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması ilə bağlı verilmiş təqdimata baxılıb. Məhkəmənin qərarı ilə həmin şəxslər barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəzlənib. Həmin şəxslər Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə ittiham olunublar.

Son xəbərlər

Orphus sistemi