Bu gün Bakı
"Report"un xəbərinə görə, hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib.
O, təqsirləndirilən şəxsin 18 il azadlıqdan məhrum edilməsini istəyib.
Hadisə ötən il noyabrın 17-də Xəzər rayonu, Şüvəlan qəsəbəsində baş verib. Həmin ərazidə Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş E.Şərifov münaqişə zəminində tüfəngdən açdığı atəşlə həmyerlisi Cabir Babayevə xəsarət yetirərək hadisə yerini tərk edib. Xəstəxanaya yerləşdirilmiş C.Babayev orada ölüb.
E.Şərifov saxlanılıb, ondan hadisəni törədərkən istifadə etdiyi müvafiq sənədləri olmayan, qundağı və lüləsi kəsilmiş İJ markalı tüfəng götürülüb.
Xatırladaq ki, C.Babayev “Cabir-012” adı ilə tanınmış "avtoş" olub. Onun sosial şəbəkələrdə “avtoş”luq etməsi ilə bağlı video çarxları olub.