Prokuror Binəqədidə qonşusunu bıçaqlayan şəxsə cəza istəyib

Prokuror Binəqədidə qonşusunu bıçaqlayan şəxsə cəza istəyib Bakı. 16 yanvar. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qonşusunu bıçaqlamaqda təqsirləndirilən Əzizağa Bünyatovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hadisə
16 yanvar 2019 08:37
Prokuror Binəqədidə qonşusunu bıçaqlayan şəxsə cəza istəyib

Bakı. 16 yanvar. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qonşusunu bıçaqlamaqda təqsirləndirilən Əzizağa Bünyatovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Sabir Abdinov çıxış edib.

Dövlət ittihamçısı çıxışında onun 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmənin növbəti iclası yanvarın 23-nə təyin edilib.

Qeyd edək ki, hadisə bu il Binəqədi rayonu Sulutəpə qəsəbəsi, Çiçək küçəsində baş verib. 1960-cı il təvəllüdlü Bünyatov Əzizağa Əlimürsəl oğlu mübahisə zəminində qonşusu, 1974-cü il təvəllüdlü Nəsirov Xaliq Cəlil oğluna bir neçə bıçaq xəsarəti yetirib. Yaralı təcili olaraq Kliniki Tibbi Mərkəzə aparılıb, onun həyatını xilas etmək mümkün olub. Hadisəni törədən şəxs isə 40-cı polis bölməsi əməkdaşları tərəfindən saxlanılaraq istintaq orqanına təhvil verilib.

Onun barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən bədənə ağır xəsarət yetirmə) maddəsi ilə ittiham irəli sürülüb və rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Son xəbərlər

Orphus sistemi