Prokuror Beynəlxalq Bankın sabiq əməkdaşlarına cəza istəyib

Prokuror Beynəlxalq Bankın sabiq əməkdaşlarına cəza istəyib Azad Məcidovun sədrlik etdiyi prosesdə dövlət ittihamçısı çıxış edib
Hadisə
27 Sentyabr , 2017 12:06
Prokuror Beynəlxalq Bankın sabiq əməkdaşlarına cəza istəyib
Report

Bakı. 27 sentyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Qaradağ filialının kredit şöbəsinin külli miqdarda dələduzluqda təqsirləndirilən sabiq baş mütəxəssisi Elnur Hüseynov, Aqilə Piriyeva və Azər İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib

"Report"un məlumatına görə, hakim Azad Məcidovun sədrlik etdiyi prosesdə dövlət ittihamçısı çıxış edib.

Prokuror çıxışında E.Hüseynovun 11 il, A.Piriyevanın 1 il və A.İsmayılovun 2 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Hazırda proses davam etdirilir.

İttiham aktına əsasən, Elnur Hüseynov qulluq mövqeyindən istifadə edərək, 5 yanvar 2012-ci ildən 28 avqust 2015-ci ilədək “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Qaradağ filialının kredit şöbəsinin baş mütəxəssisi vəzifəsində işləyərkən ayrı-ayrı şəxslərə müraciət edib. O, həmin şəxslərin işlədiyi bank filialından kredit rəsmiləşdirməsinə razı salıb, kredit üzrə əsas və faiz borclarının özünün ödəyəcəyini deyib, onlara yalandan vəd verib.

E.Hüseynov Səmra Məmmədovanın kredit qovluğundakı sənədlərdə sonuncunun imzasını oxşadıb icra etməklə 3 min manat, Qumru Hüseynova, Aydın Qaçayev, Elçin Qəhrəmanov, Mehdi Cavaninin hər birinin adına eyni qaydada 3 min manat kredit rəsmiləşdirib və özünə götürüb.

Eyni qaydada zərərçəkmiş Elduz Rzayevin adına 10 min manat, Qəzənfər İsgəndərovun adına isə 7 min manat kredit götürərək, dələduzluq edib.

E.Hüseynov Cinayət Məcəlləsinin (CM) 178.3.2 (dələduzluq külli miqdarda törədildikdə) maddəsi ilə ittiham edilir.

Beynəlxalq Bankın digər əməkdaşları A.Piriyeva ilə A.İsmayılov isə CM-nin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham olunurlar. Hər iki şəxsin barəsində polisin nəzarəti altında qətimkan tədbiri seçilib.

Son xəbərlər

Orphus sistemi