Prokuror bəraət alan ana və oğlunun hökmündən protest verib

Prokuror bəraət alan ana və oğlunun hökmündən protest verib Məhkəmənin növbəti iclası fevralın 14-nə təyin edilib
Hadisə
2 Fevral , 2018 09:18
Prokuror bəraət alan ana və oğlunun hökmündən protest verib

Bakı. 2 fevral. REPORT.AZ/ Bakıda dələduzluqda təqsirləndirilən Kifayət Dostumalıyeva və oğlu Kənan Yusifovun barəsində olan hökmdən dövlət ittihamçısı apellyasiya protesti və zərərçəkmiş apellyasiya şikayəti verib.

“Report”un xəbərinə görə, Bakı Apellyasiya Məhkəməsində hakim Rizvan Səfərovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası fevralın 14-nə təyin edilib.

İttiham aktına əsasən, həmin şəxslər Bakı şəhərində "Sədərək" ticarət mərkəzində mağaza açmaq adı ilə zərərçəkmiş Rəna Verdiyevanın 150 min manatını dələduzluq yolu ilə ələ keçirməkdə təqsirli bilinirlər. Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham edilən K.Dostumalıyevanın barəsində həbs qətimkan tədbiri seçilsə də, oğlu K.Yusifovun barəsində isə polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə hər iki şəxsə də bəraət verilib.

Son xəbərlər

Orphus sistemi