Prokuror barəsində bəraət hökmü çıxarılan qadının həbsinə dair protest verib

Prokuror barəsində bəraət hökmü çıxarılan qadının həbsinə dair protest verib İşə hakim Rizvan Səfərovun sədrliyi ilə baxılacaq
Hadisə
63
10 Sentyabr , 2016 10:44
Prokuror barəsində bəraət hökmü çıxarılan qadının həbsinə dair protest verib

Bakı. 10 sentyabr. REPORT.AZ/ Prokuror məhkəmədə bəraət alan Sona Məmmədova barəsində apellyasiya protesti verib.

"Report"un məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək iclas sentyabrın 14-nə təyin edilib.

İşə hakim Rizvan Səfərovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, S.Məmmədova dələduzluq etməkdə təqsirli bilinib. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham olunub. S.Məmmədova barəsində həbs qətimkan tədbiri seçilməyib.

Bakı Ağır Cinayətlər Məhkəməsi S.Məmmədova barəsində bəraət hökmü çıxarıb. Hökmdən narazı qalan zərərçəkmiş apellyasiya şikayəti və dövlət ittihamçısı apellyasiya protesti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.