Prokuror əmanətçinin hesabından yarım milyon dolları öz kartına köçürən bank əməkdaşına cəza istəyib

Prokuror əmanətçinin hesabından yarım milyon dolları öz kartına köçürən bank əməkdaşına cəza istəyib Bakı. 25 yanvar. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıda bankdan əmanətçinin külli miqdarda pulunu oğurlamaqda təqsirləndirilən Elqar Vəliyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hadisə
1730
25 Yanvar , 2019 16:54
Prokuror əmanətçinin hesabından yarım milyon dolları öz kartına köçürən bank əməkdaşına cəza istəyib

Bakı. 25 yanvar. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıda bankdan əmanətçinin külli miqdarda pulunu oğurlamaqda təqsirləndirilən Elqar Vəliyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının başa çatdığı elan olunub.

Dövlət ittihamçısı çıxışında onun 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmənin növbəti iclası fevralın 1-nə təyin edilib.

Qeyd edək ki, hadisə 2017-ci ilin dekabr ayında baş verib.

Belə ki, E.Vəliyev paytaxtın Nərimanov rayonu ərazisində yerləşən banklardan birində əmanətçinin hesabından 425 min 77 dollar pulu öz kartına köçürüb. Daha sonra o, həbs edilib.

Xatırladaq ki, E.Vəliyev bankın Texnoloji proseslər şöbəsində baş ekspert vəzifəsində çalışıb. 

Son xəbərlər

Orphus sistemi