Prokuror Bakıda sevgilisini bıçaqlayan şəxsə cəza istəyib

Prokuror Bakıda sevgilisini bıçaqlayan şəxsə cəza istəyib Bakı. 14 may. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Racxan İbrahimovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hadisə
14 May , 2018 11:56
Prokuror Bakıda sevgilisini bıçaqlayan şəxsə cəza istəyib
Report
0 : 00
0 : 00

Bakı. 14 may. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Racxan İbrahimovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

Prokuror çıxışında onun 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Daha sonra R.İbrahimovun vəkili müdafiə çıxışı edib. O bildirib ki, müvəkkili ilə zərərçəkmiş artıq barışıb, onun şikayəti yoxdur.

Məhkəmənin növbəti iclası mayın 21-nə təyin olunub.

Qeyd edək ki, R.İbrahimov Bakıda sevgilisi Ellada Əlizdadəni qısqanclıq zəminində bıçaqlayıb. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.

R.İbrahimov cinayət Məcəlləsinin 126.2.2-ci (qəsdən sağlamlığa ağır zərər vurma) və 221.3-cü (xuliqanlıq) maddəsi ilə ittiham olunur.

Son xəbərlər

Orphus sistemi