Yuxarı

Prokuror Bakıda qonşusunu öldürən şəxs barəsində olan hökmdən apellyasiya protesti verib

İşə hakim Qail Məmmədovun sədrliyi ilə baxılacaq

Bakı. 18 iyun. REPORT.AZ/ Bakıda qonşusunu öldürməkdə təqsirləndirilən Vüqar Fəttayev barəsində olan hökmdən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti və apellyasiya şikayəti verilib.

“Report”un məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək ilkin baxış iclası iyulun 20-nə təyin edilib.

İşə hakim Qail Məmmədovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, hadisə ötən ilin avqust ayında Badamdar yolu, ev 105 ünvanında baş verib.1990-cı il təvəllüdlü Vüqar Tofiq oğlu Fəttayev aralarında yaranan münaqişə zəminində qonşusu Valeh Şiraz oğlu Həsənova 17 bıçaq xəsarəti yetirib. V.Həsənov aldığı xəsarətlərdən Klinik Tibbi Mərkəzdə ölüb. Hadisəni törədən V.Fəttayev tutularaq istintaqa cəlb edilib.

O, Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adam öldürmə, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham olunub.

Bu il may ayının 24-də Bakı Ağır Cinayətlər Məhkəmənin hökmü ilə F.Fəttayev 16 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti və prokuror apellyasiya protesti verib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi