Prokuror Bakıda qonşusunu döyüb öldürən şəxsə cəza istəyib

Prokuror Bakıda qonşusunu döyüb öldürən şəxsə cəza istəyib Bakı. 6 mart. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Şöhrət Qədimovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hadisə
6 Mart , 2018 10:13
Prokuror Bakıda qonşusunu döyüb öldürən şəxsə cəza istəyib
Report

Bakı. 6 mart. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Şöhrət Qədimovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

Prokuror çıxışında Ş.Qədimovun 14 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmənin növbəti iclası martın 12-nə təyin olunub.

Qeyd edək ki, hadisə 2016-cı ilin dekabr ayında Bakının Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində baş verib. Quşçuluq sovxozunda yaşayan 30 yaşlı Qədimov Şöhrət Zülfani oğlu qonşusu Şeydə Məmmədovu döyüb. Xəstəxanaya çatdırılan yaralı orada dünyasını dəyişib.

Hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılan Ş.Qədimov Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ölümə səbəb olduqda) və 228-ci (qanunsuz silah saxlama) maddəsi ilə ittiham olunur.

Son xəbərlər

Orphus sistemi