Prokuror Bakıda qaynını qətlə yetirən şəxslə bağlı hökmdən protest verib

Prokuror Bakıda qaynını qətlə yetirən şəxslə bağlı hökmdən protest verib İşə hakim Elşad Şamayevin sədrliyi ilə baxılacaq
Hadisə
5 Avqust , 2017 10:16
Prokuror Bakıda qaynını qətlə yetirən şəxslə bağlı hökmdən protest verib

Bakı. 5 avqust. REPORT.AZ/ Bakıda qaynını xüsusi amansızlıqla qətlə yetirməkdə təqsirləndirilən Təhmasib Fərəcovun barəsində olan hökmdən dövlət ittihamçısı apellyasiya protesti verib.

"Report"un xəbərinə görə, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək iclas avqustun 9-na təyin edilib.

İşə hakim Elşad Şamayevin sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, qətl hadisəsi bu il yanvar ayının 4-də baş verib. Naxçıvan şəhər sakini T.Fərəcov Xətai rayonu ərazisində kirayədə yaşadığı evdə münaqişə zəminində qohumu - Sabirabad rayon sakini, əvvəllər məhkum olunmuş Rövşən Cəfərova bıçaqla xəsarət yetirib. R.Cəfərov hadisə yerində ölüb.

Xətai Rayon Polis İdarəsinin (RPİ) 34-cü Polis Bölməsinin (PB) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində T.Fərəcov tutulub.

Araşdırma zamanı məlum olub ki, qətlə yetirilən R.Cəfərovla hadisəni törədən T.Fərəcov qayın-yeznə olub. Yanvarın 4-də bayramlaşmaq üçün bacısıgilin Xətai rayonunda kirayə yaşadığı mənzilə gələn 35 yaşlı R.Cəfərov burada yeznəsi T.Fərəcovla dalaşıb. İçkili vəziyyətdə olan R.Cəfərovun sakitləşmədiyini görən T.Fərəcov onu bıçaqlayaraq öldürüb. T.Fərəcov ilkin istintaq zamanı qaynını söyüş söydüyünə görə vurduğunu deyib. Hadisə vaxtı R.Cəfərovun bacısı da evdə olub.

O, CM-nin 120.1-cü (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə T.Fərəcov 13 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Son xəbərlər

Orphus sistemi