Yuxarı
    Bağlamaq

    Prokuror Bakıda qaynını güllələyən şəxsə ağır cəza istəyib

    Dövlət ittihamçısı onun 17 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib© Courtesy İmage
    Bakı. 3 aprel. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən Elçin Qəmbərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

    "Report"un məlumatına görə, hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

    Prokuror çıxışında E.Qəmbərovun 17 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

    Təqsirləndirilən şəxsin hüquqlarını müdafiə edən şəxs çıxış üçün məhkəmədən vaxt istəyib.

    Məhkəmənin növbəti prosesi aprelin 17-nə təyin edilib.

    Qeyd edək ki, hadisə ötən ilin iyun ayında Qaradağ rayonu Sahil qəsəbəsində baş verib. Maştağa sakini, 1977-ci il təvəllüdlü Qəmbərov Elçin Söhbət oğlu sərxoş vəziyyətdə keçmiş həyat yoldaşının yaşadığı ünvana, Zahid Qasımov küçəsi bina 12-nin qarşısına gəlib. O, atası evinə qayıdan həyat yoldaşını geri aparmaq istəyib. Lakin E.Qəmbərovla onun keçmiş qaynı 1977-ci il təvəllüdlü Əliyev Cəmaləddin Ağamirzə oğlu arasında mübahisə düşüb. Bundan sonra E.Qəmbərov özü ilə gətirdiyi tapançadan keçmiş həyat yoldaşının qardaşına atəş açıb.

    Hadisədən sonra polis E.Qəmbərovu saxlayıb. C.Əliyev isə Musa Nağıyev adına xəstəxanaya yerləşdirilib və onun həyatını xilas etmək mümkün olub.

    E.Qəmbərov Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsədən adam öldürməyə cəhd) maddəsi ilə ittiham olunur.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi