Prokuror Bakıda qardaşı arvadını qısqanclıq zəminində öldürən şəxsə cəza istəyib

Prokuror Bakıda qardaşı arvadını qısqanclıq zəminində öldürən şəxsə cəza istəyib Bakı. 1 mart. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Əliəkbər Abdullayevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hadisə
1 Mart , 2019 13:06
Prokuror Bakıda qardaşı arvadını qısqanclıq zəminində öldürən şəxsə cəza istəyib

Bakı. 1 mart. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Əliəkbər Abdullayevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un məlumatına görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının başa çatdığı elan olunub.

Prokuror çıxışında onun 13 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmənnin növbəti icalsı martın 7-nə təyin edilib.

Qeyd edək ki, hadisə ötən il avqustun 8-də Bakının Xəzər rayonunda baş verib. Xəzər rayonu, Binə qəsəbəsində yaşayan, 1975-ci il təvəllüdlü Abdullayev Əliəkbər Hafiz oğlu yaşadığı evdə qardaşının həyat yoldaşı, 1973-cü il təvəllüdlü Abdullayeva Rübabə Xudaşükür qızını qısqanclıq zəminində bıçaqlayıb.

Qadın aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Son xəbərlər

Orphus sistemi