Prokuror Bakıda qadın narko-kuryerə cəza istəyib

Prokuror Bakıda qadın narko-kuryerə cəza istəyib Hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib
Hadisə
7 Noyabr , 2017 11:42
Prokuror Bakıda qadın narko-kuryerə cəza istəyib

Bakı. 7 noyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Malvina Babayevanın cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un məlumatına görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

Prokuror çıxışında M.Babayevanın 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, Bakıda polis əməkdaşları daxil olmuş əməliyyat məlumatı əsasında Zığ yolu 38 ünvanına basqın edib. Axtarış zamanı evdə olan 1990-cı il təvəllüdlü Babayeva Malvina Etibar qızının üzərindən 18 kiloqram narkotik vasitə aşkar edilərək götürülüb.

Məlum olub ki, M.Babayeva Hövsan qəsəbə sakinidir. O, 2014-cü ildə oğurluq və narkotik vasitə istifadə etdiyi üçün də saxlanılıb.

Bildirilib ki, M.Babayeva narkotik vasitələrin qanunsuz dövriyyəsində iştirak edib.

Son xəbərlər

Orphus sistemi