Prokuror Bakıda kafedə müştərini qətlə yetirməkdə təqsirləndirilən ofisianta cəza istəyib

Prokuror Bakıda kafedə müştərini qətlə yetirməkdə təqsirləndirilən ofisianta cəza istəyib Bakı. 10 oktyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Mirzağa Məmmədovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hadisə
10 Oktyabr , 2018 16:26
Prokuror Bakıda kafedə müştərini qətlə yetirməkdə təqsirləndirilən ofisianta cəza istəyib
0 : 00
0 : 00

Bakı. 10 oktyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Mirzağa Məmmədovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı başa çatıb.

Prokuror çıxışında onun 20 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Proses oktyabrın 17-də davam etdiriləcək.

Qeyd edək ki, qətl hadisəsi ötən ilin dekabr ayında Bakı şəhərinin Binəqədi rayonu ərazisində yerləşən “Köhnə Bakı” kafesində baş verib

Son xəbərlər

Orphus sistemi