​Prokuror Bakıda iki qardaşı qətlə yetirmiş şəxsə ömürlük həbs cəzası istəyib

​Prokuror Bakıda iki qardaşı qətlə yetirmiş şəxsə ömürlük həbs cəzası istəyib Məhkəmə prosesi martın 14-də davam etdiriləcək
Hadisə
2 Mart , 2016 11:48
​Prokuror Bakıda iki qardaşı qətlə yetirmiş şəxsə ömürlük həbs cəzası istəyib

Bakı. 2 mart. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində iki qardaşı qətlə yetirməkdə təqsirləndirilən 1984-cü il təvəllüdlü Zaur Tərlanovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

"Report"un məlumatına görə, hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

Prokuror çıxışında Zaur Tərlanovun ömürlük azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmə prosesi martın 14-də davam etdiriləcək.

Qeyd edək ki, ötən il yanvarın 8-də saat 17.00 radələrində Qaradağ rayonu, Sahil qəsəbəsində yaşayan Zaur Tərlanov aralarında yaranmış mübahisə zəminində özünə məxsus "Vinçester" markalı odlu silahdan Qaradağ rayonu Sahil qəsəbəsinin girişində yolun kənarında dayanmış "Lexus" markalı avtomobilin içərisində oturmuş həmin qəsəbə sakinləri Cavid və Cahid Rəhimov qardaşlarına bir neçə dəfə atəş açaraq onları öldürüb və hadisə yerindən qaçıb. Cinayəti törətməkdə şübhəli bilinən Z.Tərlanov tutularaq istintaqa cəlb edilib.

Son xəbərlər

Orphus sistemi