Prokuror Bakıda həyat yoldaşının qətlini sifariş verən şəxsə və onun tanışına cəza istəyib

Prokuror Bakıda həyat yoldaşının qətlini sifariş verən şəxsə və onun tanışına cəza istəyib Vəkil çıxış üçün məhkəmədən vaxt istəyib
Hadisə
12 Oktyabr , 2016 11:54
Prokuror Bakıda həyat yoldaşının qətlini sifariş verən şəxsə və onun tanışına cəza istəyib

Bakı. 12 oktyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Elşad Həsənov və Rüstəm Rzayevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

Prokuror çıxışında hər iki şəxsə 20 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Vəkil çıxış üçün məhkəmədən vaxt istəyib

Məhkəmənin növbəti prosesi oktyabrın 18-nə təyin edilib.

Qeyd edək ki, həyat yoldaşı Sevil Rzayeva ilə münasibətlərində problem yaranan R.Rzayev ondan ayrılmaq qərarına gəlib. Ərinin ondan boşanmasında israrlı olduğunu görən mərhum həyat yoldaşından ona məxsus evdən və obyektdən pay verməsini tələb edib. R.Rzayev bundan sonra qətli planlaşdırıb. Çünki R.Rzayev arvadına boşandıqdan sonra mülkündən pay vermək istəməyib. Bu məqsədlə də ər 48 yaşlı yaşlı arvadının qətlə yetirilməsi üçün Elşad Həsənova 2 min manat verib. Qadın yaşadığı mənzildə qətlə yetirilib.

Son xəbərlər

Orphus sistemi