Prokuror Bakıda gecə klubunda qətl törədən şəxsə cəza istəyib

Prokuror Bakıda gecə klubunda qətl törədən şəxsə cəza istəyib Dövlət ittihamçısı Vüsal İbrahimovun 10 il 6 aymüddətinə azadlıqdan məhrum edilməsini istəyib
Hadisə
13 Sentyabr , 2017 11:17
Prokuror Bakıda gecə klubunda qətl törədən şəxsə cəza istəyib

Bakı. 13 sentyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində gecə klubunda müştərini bıçaqlayaraq qətlə yetirməkdə təqsirləndirlən Vüsal İbrahimovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

"Report"un məlumatına görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

Prokuror çıxışında V.İbrahimovun 10 il 6 aymüddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmənin növbəti iclası sentyabrın 20-nə təyin edilib.

Qeyd edək ki, hadisə Nizami rayonu, "Neftçilər" metro stansiyası yaxınlığında yerləşən "Arbotaj" gecə klubunda baş verib. 1991-ci il təvəllüdlü İbrahimov Vüsal Bəhir oğlu işlədiyi barda mübahisə etdiyi müştəri, Tovuz rayon sakini olan, 1989-cu il təvəllüdlü Atakişiyev Nurlan Azər oğlunu bıçaqlayıb.

Xəstəxanaya aparılan Nurlan Atakişiyev orada dünyasını dəyişib.

O, Cinayət Məcəlləsinin 120.1(qəsdən sağlamlığa ağır zərbə vurma) maddəsi ilə ittiham olunub.

Son xəbərlər

Orphus sistemi