Prokuror Bakıda dələduzluqda təqsirləndirilən keçmiş bank əməkdaşına cəza istəyib

Prokuror Bakıda dələduzluqda təqsirləndirilən keçmiş bank əməkdaşına cəza istəyib Bakı. 3 noyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Eldar Salmasinin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hadisə
3 noyabr 2017 12:52
Prokuror Bakıda dələduzluqda təqsirləndirilən keçmiş bank əməkdaşına cəza istəyib

Bakı. 3 noyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Eldar Salmasinin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

Prokuror çıxışında E.Salmasinin 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmənin növbəti iclası noyabrın 6-na təyin edilib.

Qeyd edək ki, ittiham aktına əsasən, E.Salmasi "Zaminbank" ASC-də xəzinədar vəzifəsində işləyib. O, vətəndaşları ucuz qiymətə dollar satmaq adı ilə aldadaraq dələduzluq əməlini törədib. E.Salmasi vəzifəsindən azad edildikdən sonra da bir neçə şəxsə qarşı dələduzluq edib.

O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham olunub.

Son xəbərlər

Orphus sistemi