Bakı. 2 may.
"Report"un xəbərinə görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.
Prokuror çıxışında N.Quliyevin 19 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Məhkəmənin növbəti iclası mayın 25-nə təyin edilib.
Qeyd edək ki, qətl hadisəsi ötən ilin sentaybrın 26-da Sabunçu rayonunun Pirşağı qəsəbəsində baş verib. 21 yaşlı N.Quliyevin dayısı oğlu Mahir Quliyev hadisədən bir həftə əvvəl evlənmək məqsədi ilə N.Quliyevin bacısını qaçırıb.
N.Quliyev M.Quliyevi qəsəbədə yerləşən körpünün yaxınlığına çağırıb. N.Quliyev həmin ərazidə dayısı oğlu ilə əvvəlcə mübahisə edib. Daha sonra o, M.Quliyevin ürək nahiyəsindən bıçaqla zərbə endirib və onu körpünün üzərindən aşağı yamaca doğru atıb. M.Quliyev oradaca dünyasını dəyişib.
Hadisədən sonra N.Quliyev hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.
O, Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adam öldürmə, xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə ittiham edilir.