Yuxarı

Prokuror Bakıda avtomobillə piyadanı vurub öldürən dünya çempionuna cəza istəyib

Prokuror Bakıda avtomobillə piyadanı vurub öldürən dünya çempionuna cəza istəyib

Bakı. 9 oktyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələn yol-nəqiliyyat hadisəsi törətməkdə təqsirləndirilən Urxan Orucovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

Prokuror çıxışında U.Orucovun 7 il 6 müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, U.Orucov bu il yanvarın 25-də Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində yolu keçən Maştağa qəsəbə sakini Səlim Zülfüqarovu vurub.

Xatırladaq ki, o, peşəkar idmançıdır. Kikboksinq və kunq-fu idman növlərində özünü sınamış 29 yaşlı U.Orucov 3 qat dünya, 8 qat Azərbaycan çempionudur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi