Yuxarı
    Bağlamaq

    Prokuror Bakıda arvadının üzünə "kislota" tökdürən şəxsə cəza istəyib

    Məhkəmənin növbəti iclası aprelin 4-nə təyin edilib

    Bakı. 28 mart. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Tural Hüseynov və Vüqar Kərimovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

    "Report"un məlumatına görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

    Prokuror çıxışında hər iki şəxsin 11 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

    Zərərçəkmişin hüquqi varisi Səlahəddin Cəfərov müdafiə nitiq söyləyib. O, T.Hüseynov və V.Kərimovun qanunda nəzərdə tutulmuş ən ağır cəzanın verilməsini tələb edib.

    Məhkəmənin növbəti iclası aprelin 4-nə təyin edilib.

    Qeyd edək ki, dəhşətli hadisə ötən il mart ayının 11-də Pirallahı rayonunda baş verib. Cinayətin qurbanı Pirallahı qəsəbə sakini Nuranə Hüseynova olub.

    İstintaq zamanı müəyyən edilib ki, V.Kərimov N.Hüseynovanın evinin yanında pilləkənlərlə düşərkən hücum edib. Cinayətin sifarişçisi isə Nuranənin keçmiş əri Tural olub/

    T.Hüseynov sifarişin yerinə yetirilməsi üçün V.Kərimova pul vəd edib, amma ödəməyi çatdırmayıb. 

    Pirallahı Rayon Polis İdarəsinin əməkdaşları cinayəti törədən qadının keçmiş həyat yoldaşı, cinayətin sifarişçisi 1987-ci il təvəllüdlü T.Hüseynov, icraçısı isə 1981-ci il təvəllüdlü V.Kərimovu saxlayıblar.

    T.Hüseynov və V.Kərimov Cinayət Məcəlləsinin 126.2.3-cü (xüsusi amansızlıqla və əzab verərk sağlamlığa bilərəkdən xəsarət yetirmək) maddəsi ilə ittiham edilir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi