Prokuror Bakıda arvadını boğaraq öldürən şəxsin hökmündən protest verib

Prokuror Bakıda arvadını boğaraq öldürən şəxsin hökmündən protest verib Bakı Apellyasiya Məhkəməsində keçiriləcək iclas dekabrın 8-nə təyin edilib
Hadisə
5 Dekabr , 2016 09:51
Prokuror Bakıda arvadını boğaraq öldürən şəxsin hökmündən protest verib

Bakı. 5 dekabr. REPORT.AZ/ Bakıda həyat yoldaşını qısqanclıq zəminində boğaraq qətlə yetirməkdə təqsirləndirilən Tural Bəhmən oğlu Kazımovun barəsində olan hökmdən dövlət ittihamçısı apellyasiya protesti verib.

"Report"un məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək iclas dekabrın 8-nə təyin edilib.

İşə hakim Abid Abdinbəyovun sədrliyi ilə baxılacaq. 

Qeyd edək ki, cinayət hadisəsi bu il iyunun 20-də Bakının Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi E.Bəkirli küçəsindəki fərdi yaşayış evində baş verib. 1988-ci il təvəllüdlü T.Kazımov həyat yoldaşı, 1991-ci il təvəllüdlü Maya Kazımovanı boğaraq qətlə yetirib. T.Kazımov hadisədən dərhal sonra polisə gələrək təslim olub. O, ilkin ifadəsində həyat yoldaşını qısqanclıq zəminində qətlə yetirdiyini bildirib. Həmin şəxslərin nikahından 3 azyaşlı övladı qalıb. 

T.Kazımov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) maddəsi ilə ittiham olunub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə T.Kazımov 10 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan prokuror apellyasiya protesti və məhkuym apellyasiya şikayəti verib.

Son xəbərlər

Orphus sistemi